ER Prezidenti Serj Sarkisyan dekabrın 25-də iki günlük rəsmi səfəri ilə Gürcüstana gedəcək.
ER Prezidentinin administrasiyasının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Dövlət başçısı Gürcüstanın yüksək səviyyəli rəhbərliyi, Prezident Georgi Marqvelaşvili, Baş naziri Giorgi Kvirikaşvili, parlamentin sədri İrakli Kobaxdze və Gürcüstan katolikos-patriarxı II İlya ilə görüşəcək. Görüşlərdə dost ölkələr arasında bir sıra sahələrdə əməkdaşlıq gündəmi ilə bağlı məsələlər müzakirə olunacaq.
Prezident Sarkisyan “Hovhannes Tumanyan evi” elmi-mədəni mərkəzinə və Surb Gevorg kilsəsinə gedəcək. Orada erməni icmasının nümayəndələri ilə görüşəcək. Səfər çərçivəsində Prezident Tbilisinin Qəhrəmanlar Meydanında çələng qoyacaq.