Siyasət

Bizim əməkdaşlığımız yüksək səviyyədədir: Serj Sarkisyan

Rəsmi səfərlə Gürcüstanda olan ER Prezidenti Serj Sarkisyan və həyat yoldaşı Rita Sarkisyan üçün Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili və xanımı Maka Çiçua adından rəsmi yemək verildi. ER Prezidenti deyib ki, Ermənistan və Gürcüstan arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə olan əməkdaşlıq yüksək səviyyədədir.

“Çox şadam ki, ölkələrimiz arasında ənənəvi əlaqələr il-ilə daha da genişlənirlər. İlk nöbədə nəqliyyat, enerji, kənd təsərrüfatı və turizm sahələrdə olan nailiyyətlərimizi qeyd etmək istəyirəm. Ticarət dövriyyəsi strukturumuz davamlı şəkildə genişlənir, elm, mədəniyyət və təhsil sahəsində əməkdaşlıq güclənir.

Bizim dialoqumuz davamlı olaraq qarşılıqlı anlaşma və qarşılıqlı etimad mühitindədir.  Tarixin özü sübut edir ki, dövlətlərimiz arasında ən mühüm bağı xalqlarımızın əsrlər boyu dostluğunun, mənəvi və mədəni yaxınlığının olmasıdır. Bizi birləşdirən uzun, çox uzun sınaq keçmiş dəyərlərdir. Bu, əməkdaşlığımız üçün başlanğıc nöqtəsidir”,-deyə Prezident qeyd edib.

Daha çox göstər
Back to top button