BaşlıcaSiyasət

ER və Gürcüstan prezidentləri həssas məsələlərlə bağlı balanslı yanaşmaların saxlanmasına önəm verdilər

Ermənistan və Gürcüstan prezidentləri Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin olunması baxımından həssas məsələlərlə bağlı balanslı və konstruktiv yanaşmaların saxlamasına əhəmiyyət veriblər. Bunu Ermənistan Prezidenti S.Sarkisyan Tbilisidə gürcüstanlı həmkarı Giorgi Marqvelaşvili ilə keçirdiyi birgə brifinqdə deyib. “Biz həmfikrik ki, münaqişələrin nizamlanması yalnız sülh yolu, razılaşdırılmış formatlar çərçivəsində və danışıqlara həll oluna bilər”.

Prezident Sarkisyan əminiklə qeyd edib ki, ER bütün danışıqlar ərzində Gürcüstan maraqlarına zərər verməyən sənədlər, bəyanatlar və qətnamələrin alınması üçün səy göstərir. “Düşünürəm ki, gürcü və erməni tərəfindən bu cür yanaşmaların saxlanması xalqlarımız üçün sadəcə faydalı ola bilər”,-deyə ER Prezidenti qeyd edib.

Daha çox göstər
Back to top button