Siyasət

Ermənistan və Gürcüstan hərbi təhsil və tibb sahələrində əməkdaşlıq etməyə davam edir

Dekabrın 26-da Tbilisidə ER və Gürcüstanın müdafiə nazirləri Vigen Sargsyanın və Levan İzoria görüşüblər. Tərəflər hərbi əməkdaşlıq və əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Hərbi təhsil və tibb sahələrində əməkdaşlığa xüsusi diqqət yetirilir.

Bu haqda Gürücstanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bəyanata əsasan iki ölkə hərbi sahəsində əməkdaşlığı daha da inkişaf etdirməyi planlaşdırırlar.

Gürücstanın müdafiə naziri Levan İzoria erməni tərəfinə  Müdafiə Nazirliyinin “Saçxere” məktəbində kursların davam etdirilməsini təklif etdi.

İki ölkənin müdafiə nazirləri regional təhlükəsizliyə bağlı bir neçə məsələləri,eləcə də beynəlxalq sülhmaramlı missiyalarda gürcü və erməni əsgərlərin  iştirakını  müzakirə ediblər.

Levan İzoria ümid etdi ki, ER SQ nümayəndələri Gürcüstanda keçiriləcək Noble Partner və Agile Spirit beynəlxalq təlimlərdə iştirak edəcəklər.

Qeyd edək ki, Vugen Sargsyan ER Prezidenti Serj Sargsyanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Gürcüstana getdi.

Daha çox göstər
Back to top button