Ekonomika

Ermənistan və Gürcüstan prezidentləri tranzit imkanlarını daha səmərəli şəkildə tətbiq etmə imkanların inkişafına dair məsələlər müzakirə etdilər

Ermənistan və Gürcüstan prezidentləri Tbilisidə keçirilmiş görüş zamanı iki ölkə arasında enerji və nəqliyyat sahələrdə olan əməkdaşlığa əhəmiyyət verərək, genişləyən ticarət-iqtisadi gündəminə toxundular. Görüşdən sonra jurnalistərlə görüşdə bunu ER Prezidenti Serj Sarkisyan bildirib. “Biz ölkələrimizin tranzit imkanlarının və bunların daha səmərəli şəkildə tətbiq olunmasının imkanlarının inkişafına toxunduq. Turizm, informasiya texnologiyaları sahəsində, mövcud böyük potensialı nəzərə alaraq, planlaşdırılmış layihələrin həyata keçirilməsindən danışdıq”.

Birgə sənaye müəssisələrinin yaradılması məslələri də görüş gündəmində idi. “Mən cənab prezidentə dedim ki, gürcü tərəfi Ermənistan imkanlarından, azad iqtisadi zonalarından istifadə edərək, öz isehsallarını AİB bazarına çıxartmalıdır. Ermənistanda qeydiyyatdan keçmiş hər hansı bir şirkət bu baxımdan çox faydaı ola bilər. Xüsusilə də, İranın sərhədində yaradılmış yeni azad iqtisadi zonasını qeyd etmək istəyirəm. Bu, gürü mallarının və xidmətlərinin İran İslam Respublikasına ixracatına imkan verəcək”,-deyə Prezident vurğuladı.

Daha çox göstər
Back to top button