Ermənistan və Rusiya sənaye sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edirlər

ER iqtisadi inkişaf və investisiya naziri Suren Karayan dekabrın 25-də Moskvada Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturov ilə görüşüb. Görüş zamnanı Suren Karayan və Denis Manturov Ermənsitanın sənaye sektorunda, xüsusilə elektrotexnika və zərgərlik sahəsində əməkdaşlıq və investisiya layihələri barədə iki tərəfinin təklifləri və sualalrını müzakirə ediblər.
Nazir Karayan Denis Manturova Ermənsitanın azad iqtisadi zonalarında Rusiya sənaye şirkətlərinin nümayəndəliyinin genişləndirilməsini təklif etdi.
Buna cavab olaraq, Denis Manturov qeyd etdi ki, Rusiya şirkətləri Ermənistanın azad iqtisadi zonalarında fəaliyyət göstərməsində maraqlıdır. Tərəflər məmnunluqla qeyd ediblər ki, 2017-ci ildə əməkdaşlıq nəticəsində iki ölkənin ticarət və iqtisadi göstəriciləri artıb. Rusiya Federasiyasının sənaye və ticarət naziri Suren Karayan ilə Ermənistan-Rusiya ümumi investisiya fondunun işlərinin aktivləşdirilməsi ilə bağlı məsələlər müzakirə ediblər.
Nazir Karayanın təklifinə görə, sənaye sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupunun yaradılmasına dair qərar verilmişdir. İşçi qrupu üçüncü ölkələrə birgə ixracın perspektivləri və xüsusi sənaye proqramlarını araşdıracaqlar.