Siyasət

Giorgi Margvelaşvili: “Gürcüstan Ermənistan ilə əməkdaşlığı yüksək qiymətləndirir”

“Biz yalnız qonşular deyiliz, əməkdaşlığımız minlik  tarixə malikdir və əməkdaşlığımız bu gün uğurla inkişaf edir”- deyə  Grücüstanda rəsmi səfərdə olan Ermənsitan Respubliaksının Prezidenti Serj Sargsyan və xanımının  şərəfinə verilmiş rəsmi yəməyi zamanı Gürcüstan prezidenti Giorgi Margvelaşvili qeyd etdi.

“Əməkdaşlığımızın sirri tək Kartlos və Hayosun əfsanəvi qardaşlığı deyildir. Mədəniyyətimiz, sənətimiz, folkolorumuz, ənənələrimiz bir-birinə bağlıdır, təriximiz isə yaxşı nümunələrlə doludur. Gürcüstan Ermənistan ilə  əməkdaşlığı yüksək qiymətləndirir. Sizin rəhbərliyiniz altında Ermənistanın əldə etdiyi uğurları izləməkdən xoşbəxtik.

Bu fürsətdən faydalanaraq, sizi Avropa Birliyi ilə Hərtərəfli əməqdaşlıq haqqında sazişinin imzalanması münasibətilə ürəkdən təbrik edirəm.  Bir daha əmin olmaq istəyirəm ki, Gürcüstan  sülh, sabitliq və əməkdaşlığın fəal tərəfdaşı olacaq. Biz həm bu gün həm də gələcəkdə qonşularımızla Avropa və Avro-Atlantik inteqrasiyasının faydaları və imkanlarını bölüşməyə hazırıq”- deyə Gürcüstan prezidenti öz çıxışında qeyd etdi.

Daha çox göstər
Back to top button