İctimaiyyət

Sankt-Peterburqda uşaqları daşıyan avtobus sürücüsünü bıçaqla yaralayan azərbaycanlı axtarışa verilib

Sankt-Peterburq polisi uşaqları daşıyan avtobus sürücüsünü bıçaqla yaralayan “Range Rover” markalı avtomobilin sürücüsünü axtarışa verib.

Bu barədə Peterburq və Lenoblast üzrə DİN idarəsinin mətbuat xidmətindən məlumat verilir.

Bildirilir ki, daha sonra cinayətkar öz avtomobilinə əyləşərək, hadisə yerindən qaçıb. Üzü və avtomobilin nömrəsi müşahidə kamerasına düşdüyü üçün onun şəxsiyyətini qısa müddətdə müəyyən etmək mümkün olub.

Polisin məlumatına əsasən, cinayəti Əli Mustafayev adlı Azərbaycan vətəndaşı törədib. O, iş adamıdır və uzun müddətdir ki, Sankt-Peterburqda yaşayır.

Qeyd edilir ki, avtobus sürücüsü xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Daha çox göstər
Back to top button