Siyasət

Tbilisidə erməni-gürcü yüksək səviyyəli müzakirələr keçirilib

Tbilisidə iki ölkənin rəsmi nümayəndə heyətlərinin iştirakı ilə erməni-gürcü yüksək səviyyəli müzakirələr keçirilib.

ER Prezident administrasiyasından verilən məlumata görə, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Ermənistan və Gürcüstan arasında diplomatik münasibətlərin  qurulmasının 25-ci il dönümünu ER Prezidenti Serj Sarkisyanın səfəri ilə yekunlaşdırması üçün çox şad olduğunu qeyd edib. Serj Sarkisyanın səfəri dövlətlərarası əlaqələrin inkişafına təkan verəcək və iki xalqın dostluğunu gücləndirəcək.

ER və Gürcüstan prezidentləri cari ildə iki ölkə ticarət dövriyyəsinin həcmlərinin artımı, turizm sahəsində görülən irəliləyişi, digər bir sıra sahələrdə inkişaf edən əməkdaşlığı məmnuniyyətlə qeyd edərək, əməkdaşlıq potensialının daha böyük olduğunu vurğulayıblar.

Prezidentlər Sarkisyan və Marqvelaşvili region ölkələrinin dostluğu, iqtisadiyyatlarının inkişafı üçün əlverişli şəraitlərin təmin olunması baxımından regional təhlükəsizliyinə və sabitliyinə əhəmiyyət veriblər.

Daha çox göstər
Back to top button