İctimaiyyət

Beynəlxalq standartlara görə Azərbaycanda əhalinin əksəriyyəti yoxsuldur

Rövşən Ağayev

“Baş nazirin müavini Əli Həsənovun “2020-ci ilədək Azərbaycanda 1 nəfər də yoxsul qalmayacaq” açıqlamasından sonra “ölkədə real yoxsulluq səviyyəsi necədir” sualı yenə də yada düşdü.
Əslində “gerçək yoxsul kimdir” sualının cavabı doğru verilsə, yoxsulluq səviyyəsilə bağlı elan olunan göstərici də obyektiv olacaq. Avropa ölkələrində bizdən fərqli olaraq yoxsulluğu istehlak xərclərinə əsaslanan mütləq yoxsulluq göstəricisindən daha çox, gəlirlərə əsaslanan nisbi göstəriciyə üstünlük verirlər. Məsələn, bizdə ayda 155 manatdan az xərcləyən şəxs avtomatik yoxsul sayılır. Avropada isə median gəlirlərin 60%-dən az qazanan şəxs kasıblar qrupuna düşür.

Bizim praktilamızı tətbiq edən ölkələrdə bu ölçmənin natural tərəfləri də var. Məsələn, Azərbaycan qanunvericiliyinə görə, il ərzində 33 kq ət, 7.7 kq balıq və balıq məhsulları, 38 kq meyvə, 55 kq kartof yeməyə maddi imkanı olmayan şəxs yoxsuldur. Amma Qazaxıstan hökuməti üçün o şəxs yoxsuldur ki, il ərzində 59 kq ət, 18 kq balıq və balıq məhsulları, 60 kq meyvə, 100 kq kartof yeməyə maddi imkanı yoxdur. Yaxud Estoniya hökuməti üçün o şəxs yoxsuldur ki, il ərzində 50 kq ət, 34 kq balıq və balıq məhsulları, 97 kq meyvə, 144 kq kartof yeməyə maddi imkanı yoxdur. Daha maraqlısı, Estoniyada minimum ərzaq səbətinə bal, kofe, kakao kimi məhsullar da daxildir, bizdə bu məhsullar yoxdur.
Əlavə olaraq, Avropa Birliyinin statistika orqanı nisbi yoxsulluq səviyyəsi ilə yanaşı insanların yoxsulluq riski ilə üzləşmə səviyyəsini də aşkarlamaq üçün göstəricilərdən istifadə edir. Məsələn, “maddi məhrumiyyət” və “kəskin maddi məhrumiyyət”in statistikası ayrıca aparılır. Kredit (ipoteka da daxil) və yə icarə haqqına, kommunal xidmətlərə görə ev təsərrüfatının borcu olan, ildə ən azı 1 dəfə evdən kənarda 1 həftə istirahət etmək imkanı olmayan, həftədə 3 dəfə ət (yaxud toyuq, balıq və ya onların tərəvəz ekvivalenti) almaq imkanı olmayan, zəruri məişət əşyaları (telefon -mobil telefon da daxil, televizor, paltaryuyan, avtomobil) almağa maddi imkanları olmayanlar “maddi məhrumiyyətə düçar olanlar” kateqoriyasına düşürlər.”

Daha çox göstər
Back to top button