İctimaiyyət

Erməni holoqramlı məişət Azərbaycanda qalmaqala səbəb olub

Bakıdakı məşhur “Baku Electronics” mağazalar şəbəkəsinin Binəqədi filialında üzərində erməni dilində yazılmış holoqram olan soyuducu Azərbaycan KİV-lərdə böyük səs-küyə səbəb oldu.

Bu barədə Sputnik Azərbaycan məlumat yayıb.

Şirkət nümayəndəsi mağazalar şəbəkəsinin Binəqədi filialında belə hal baş verdiyini təsdiqləyib.

“Hindistanda istehsal olunan “LG” soyuducularının satışı zamanı belə səhvə yol verilib. Belə ki, bu markanın bir neçə soyuducusu mağazalarımızda satışdadır, yalnız bir modelində belə hal aşkarlanıb” — şirkətinin rəsmi nümayəndəsi bildirib.

Daha çox göstər
Back to top button