Təhlil

Azərbaycanda “erməni casusları”-nın axtarışları davam edilir

Azərbaycanda “cadugərlərin ovu” və “erməni agentlərinin” axtarışları davam ediir.

Azərbaycan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Fuad Cavadov bildirib ki, “2016-cı ilin aprel hadisələrində erməni tərəfə casusluq edən şəbəkənin yazışmaları bərpa olunub və sübuta yetirilib”. F.Cavadov qeyd edib ki, casus şəbəkəsinin bəzi üzvləri məlumatları ötürəndən sonra silərək məsuliyyəti öz üzərilərindən atmaq istəyib:

“Həmin şəxslər iddia edirdilər ki, onlar casusluq etməyib və ermənilərə heç bir məlumat ötürməyiblər. Lakin onların kompüter və mobil telefonları bizim mərkəzə təqdim edildi.

Mərkəzin avadanlıqları vasitəsilə həmin şəxslərin düşmən tərəflə yazışmaları bərpa edildi və istintaqa təqdim olundu. Yəni onların düşmən tərəflə yazışmaları kompüter və telefonlardan silinsə də, avadanlıqlar vasitəsilə həmin yazışmalar bərpa edildi”.

Xatırladaq ki, cari il baharında Azərbaycan Respublikası Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən casus şəbəkəsinin ifşası ilə bağlı birgə bəyanat verilmişdi. “Xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçu və mülki şəxslər Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilib. Onlar müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər”,-deyə bəyanatda qeyd edilir.

“Toplanmış materiallar” əsasında dövlətə xəyanət və digər faktlar üzrə cinayət işi başlanmışdı. “Düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib”.

İndi də Azərbaycan hüquq-mühafizə orqanları öz fəaliyyətini qanuniləşdirmək üçün sübut olaraq “ yazışmalar” aşkar etmişdir.

Daha çox göstər
Back to top button