Ekonomika

Maliyyə sektoruna kredit qoyuluşu 2,3 dəfə azalıb

Azərbaycanda maliyyə sektoruna kredit qoyuluşu bu ilin əvvəlindən 2,3 dəfə azalaraq 2017-ci il noyabrın 1-nə 214,5 mln. manata enib.

“Azadliq.info” saytına əsaəsn, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq maliyyə hesabatına deyilir.

Bildirək ki, bu sahəyə kredit qoyuluşunda cari ilin yanvar ayında müşahidə olunan artım daha sonra hər ay davamlı olaraq azalma ilə əvəzlənib. Belə ki, yanvarda cəmi 2,4% artım qeydə alınıb və 2017-ci il fevralın 1-nə kredit qoyuluşu 505,6 mln. manat olub. Daha sonra, martın 1-nə 351,9 mln. manat (aylıq 30% azalma), aprelin 1-nə 337,9 mln. manat (-3,98%), mayın 1-nə 252,1 mln. manat (-25,4%), iyunun 1-nə 249,0 mln. manat (-1,2%), iyulun 1-nə 230,8 mln. manat (-7,3%), avqustun 1-nə 229,6 mln. manat (-0,5%) , sentyabrın 1-nə 224,3 mln. manat (-2,3%), oktyabrın 1-nə 220,9 mln. manat (-1,5% ), noyabrın 1-nə 214,5 mln. manat (-2,9%) təşkil edib.

Hesabata əsasən, 2017-ci il noyabrın 1-nə ölkə iqtisadiyyatına məcmu kredit qoyuluşunda maliyyə sektorunun xüsusi çəkisi 1,77% olub.

Daha çox göstər
Back to top button