İctimaiyyət

Türkiyədə 8 azərbaycanlı tələbə həbs edildi

Kastamonu Dövlət Universitetində oxuyan 8 azərbaycanlı tələbə həbs edilib.

Kastamonu Polis İdarəsindən verilən məlumata görə, həmin azərbaycanlılar universitetin birinci kurs tələbələrindən zor gücünə və təhdid etməklə pul və müxtəlif qiymətli əşyalar aldıqları üçün həbs ediliblər.

Hətta sonuncu dəfə quldurluqla məşğul olan həmin azərbaycanlılar tələbələrdən birinin barmaqlarını da sındırıblar. Polisin apardığı axtarış zamanı onlardan qandal, beysbol taxtası, bıçaq və şok cihazı götürülüb. Artıq həmin 8 azərbaycanlı haqqında prokurorluq tərəfindən cinayət işi başlanıb.

Daha çox göstər
Back to top button