BaşlıcaMədəniyyət

Artsaxa ziyarəti daha unudulmaz etmək üçün 10 yaxşı yer

Artsax turistik yerləri çox müxtəlifdir. Orada həm arxeoloji qazıntılarla maraqlayanlar, həm nadir memarlığa qiymət verənlər, həm də macəralı turizmi səvənlər üçün unikal təəssüratlar yaradıla bilər. Artsaxın ən gözəl 10 yerini sizə təqdim edirik.

Cdrduz-Hunot

Əgər Artsax təbiyətinin bütün gözəlliyini görmək istəyirsiniz Cdrduza (Katarot) mutləq getməlisiniz. Cdrduz Şuşi şəhər kənarında, qayalar üstündədir. Daşlı yollar, qədim dəyirman xarabalıqları, körpülər, komik ağac insanları, istirahət skamyaları, turistlər… Cdrduz aşağıda olan, Mxitaraşendən Hunota gedən yolda məhz bunları görəcəksiniz. Doğru yolu tapmaq üçün sizə üç rəngli işarələr yardım edəcək. Bunlardan mavi olan Mamrot Kar (Mamırlı Daş) adlı şəlaləyə gedən yolu, qırmızı olan Amarat və Zuyq Açk mağaralarına gedən yolu, yaşıl olanı isə, Hunot kəndinin xarabalıqlarına, daşlı körpüyə və su qaynaqlarına gedən yolu göstərir.

Tncri

Artsax cavahirlərdən biri böyük çinar ağacı Tncridir. Stepanakertdən 37km şimalında, Sxtoraşen kəndinin yaxınlığındakı ağac artıq təxminən 2035 yaşlıdır. Ağacın diametri 27 metrə yaxın. Yüksəkliyi isə 54 metrdir. Sovet dövründə SSRİ ərazisində ən yaşlı və ən böyük ağacı olduğuna görə ağaca sertifikat verilmişdi. Tncri yaxınlığında bir çox tarixi-mədəni abidələr var. Artsaxlılar üçün Tncri sadəcə bir ağac deyil, o həmçinin ziyarətgahdır.

Şuşidəki St. Amenaprkiç Qazançetsots kilsəsi

Şuşi Artsaxın mədəni şəhərlərindəndir. Qədim tarixi binalardan, muzeylərdən başqa turistlərin diqqətini şəhərin ana kilsəsi St. Amenaprkiç Qazançetsots çəkir. Kilsə şəhərin mərkəzində 19-cu əsrdə tikilmişdir. Kilsə qarşısında zəng qülləsi də tikilmişdir. Kilsədə insan səsini dəyişdirib bam-başqa bir səs yaradan bir yer var.

Tigranakert

Erməni Krallarından Tigran Metsin adı ilə adlandırılan Tigranakert şəhiri Artsaxın Martuni rayonundadır. Tigranakert bizim eramızdan əvvəl 1-ci əsrdə tikilmişdir. 2008-ci ildə şəhərdə həyata keçirilən qazıntılar yerində Dövlət Tarixi-Mədəni Qoruğu yaradılmışdır. Orada şəhərin əsrlər tarixi haqqında məlumatlar ala bilirlər. Tigranakert ərazisində bir sıra qazıntılar həyata keçirilib və iki gil qəbiristanlıq aşkar olunub. 2005-ci ildə şəhərdə aparılan qazıntılar göstərib ki, Tigranakertin orta əsrin şəhərləri kimi bir sıra ticarət və ya mərkəzi küçələri, geniş kənd təsərrüfatı şəhərətrafı vardı.

Qandzasar

Artsaxın Martakert rayonundakı Qandzasar monastırı nadir memarlıq abidəsidir və turistlərə həyran buraxır. 13-cü əsrdə tikilmiş monastır Vank kəndinin  yaxınlığındadır. 2000-ci illərdə monastır kompleksinin bərpa işləri başlanıb. Qandzasar tarixinin 11 dilə tərcümə olunmuş kitab turistlərin ziyarətini daha da asanlaşdırır. Monastır yaxınlığında Qandzasar kitabxanası da var. Kitabxananın adı Mesrop Maştotsdur. Artsax kitabxanasında orta əsrdən yeni dövrə qədər gələn əlyazmaları və qədim kitabları ilə tanış olmaq olar.

Kaçağakaberd

Kaçağakaberd Artsaxın Pteretsk və Kolatak kəndləri arasındadır. Qalanın olduğu dağın zirvəsi Stepanakertdən Qandzasara gedən yoldan yaxşı görünür. Üç tərəfdən olan düz qayalar qalanı daha da əlçatmaz edirlər. 4-cü tərəf  nisbətən əlçatandır və orada da qalanın girişidir. Hekayələrdən birinə görə, xalq qalanı “Kaçağakaberd” (Sağsağan Qalası) adlandırıb, çünki qala sadəcə sağsağanlar üçün əlçatandı. Qalanı “Sğsğan” adı da veriblər, çünki bir çox dəfə insanlar qalaya gedən yolunda sürüşərək zirvəyə çata bilmədilər.

Azox mağarası

Azox mağarası əhəmiyyətli turistik zonasıdır və Artsaxın Hadrut rayounun Azox kəndinin yaxınlığındadır. 1968-ci ildə orada aparılmış qazıntılar zamanı Neanderthal əcdadın 300.000 yaşlı çənə sümüyü tapılmışdı. Bu, dünyanın ən qədim insan sümüyüdür və elmi ədəbiyyatda 5-ci yeri tutur. Azox mağarası Dövlət Təbiət və Tarixi Qoruğudur və sadəcə ermənilər üçün deyil, xarici arxeoloqların da diqqət mərkəzindədir. 2016-cı ildə xaricdə dərc olunmuş “Azox mağarası və Qafqaz dəhlizi” (Azokh cave and the Transcaucasian corridor) adlı kitabda 10 ildən uzun sürən arxeoloji işlərin nəticələri təqdim olunur.

Dadivank

9-13-cü əsrlərdə tikilmiş Dadivank da Artsaxın tarixi monastırlarındandır və Şahumyan rayonunun Dadivank kəndindədir. Əfsanələrə görə, kilsə 1-ci əsrdə Məsihin həvarilərindən Tadevosun davamçısı Dadi tərəfindən qurulmuşdu. Kiləsdə həyata keçirilmiş qazıntılar zamanı Dadinin qalıqları aşkar olunmuşdu. Dadivand monastır kompleksində olan Surb Astvatsatsin Katoğike kilsəsinin freskaları xarici mütəxəssislərin yardımı ilə təmizlənmiş və yenilənmişdirdir. Monastırda kilsənin şapeli, xaçkarları və yanında tikilmiş üç mərtəbəli zəng qülləsi vardır. Monastırda bir divar var və xəyal tutaraq bu divara daş sürdüyündə xəyallar gərçəkləşirlər. 2001-ci il oktyabrın 8-də Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) 16 üzvü tərəfindən imzalanmış sənədə görə, Dadivankın dağıdılması Artsaxda Azərbaycan siyasətinin faktlarındandır. Erməni qoşunları Dadivankı 1993-cü il martın 31-də azad etdilər.

Dizapayt dağı

Dizapayt dağı (2478 metr) Artsaxın Hadrut rayonundadır. Dağın ikinci ismi Ziaratdır. Dağın üstündə Kataro monastırı vardı və Hadrut rayonunun Toğ kəndində monastır adı ilə “Kataro” şərab fabrikası qurulmuşdur. Dizapayt dağın zirvəsi Artsaxın tarixi ziyarətgahlarındandır.

Janapar Trail yolu

Yol Vardenisdən Hadrita qədər uzanır. 13 müxtəlif marşrutlardan ibarət olan yol səyahətçilərə Artsaxın dağlı bölgələrindən keçməyə imkan verir. Hər marşrutun sony bir kənddədir və səyahətçilərə qidalandırması, bir gecədə qalması və yerli insanlarla  tanışması üçün imkan verir.

ER Turizm üzrə Dövlət Komitəsi “Ölkənizi kəşf edin” kompanyası çərçivəsində Artsax Respublikası İqtisadiyyat Nazirliyi ilə birlikdə iyulun 22-24-də bir sıra Ermənistan KİV-lərinin nümayəndələri üçün Artsaxa bilikli bir ziyarət təşkil etmişdi.

Daha çox göstər
Back to top button