BaşlıcaBeynəlxalq

“Erdoğan qatildir”: Fransada ermənilər və kürdlər Türkiyə prezidentinə qarşı birləşiblər

Şənbə günü  yanvarın 6-da , minlərlə kürd və ermənilər Parisdə küçələrə çıxaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərindən narazılığını bildirdilər. Bu barədə “Frans Press” agentliyi məlumat yayıb.Nümayişçilər “Erdoğan qatil” yazısıyla plakatlar və şüarlarla  Fransa paytaxtının küçələriylə keçərək 2013-cü ildə Parisdə  qətlə yetirilən üç  kürd  üsyançılarının  qətlə  yetirilməsi  üçün  bu günə kimi heç kimin   məsuliyyətə cəlb olunmamasıyla bağlı xatırlatmışlar. Kürdlərin təşkil etdikləri  nümayişə  həmçinin  Fransada yaşayan erməni icması  da qoşulub.Ermənilər Erdoğanı  “diktator” deyə adlandırmışlar.“Rəcəb Tayyib Ərdoğan fransızlara özünün əsl diktator  simasını   göstərdi. Fransanın  Prezident sarayında  o, elə bir simayla idi sanki Avropa standartlarını pozmamışdır, hansılara ki, güya  sədaqətli olub”-  deyə Fransanın fəaliyyət göstərən erməni təşkilatlarının Koordinasiya Şurasının bəyanatında deyilir.

 

Daha çox göstər
Back to top button