Ekonomika

Azərbaycanda elektrik enerjisi istehsalı 4 faiz azalıb

Azərbaycanda 2017-ci ildə 21,8 mlrd. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bunun 20,2 mlrd. kVt/saatı istilik elektrik stansiyaları, 1,6 mlrd.kVt/saatı isə su elektrik stansiyalarının payına düşüb.

“Azadliq.info” saytına əsasən, bunu “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı deyib.

Ötən il istehsal edilən elektrik enerjisinin həcmi 2016-cı ilə nisbətən 0,9 mlrd. kVt/saat yaxud 3,97% azdır.

Daha çox göstər
Back to top button