BaşlıcaMədəniyyət

Dünyanın ilk xristian dövlətinin simvolları və əfsanələri: BBC (Fotolar)

Milad bayramı münasibətilə BBC dünyanın ilk xristian dövləti olan Ermənistanın simvolları və əfsanələrinə toxunaraq qeyd edib ki, Erməni Apostol kilsəsi ən qədim xristian kilsələrindən biridir və Bizans Pravoslavlığı və Roma Katolikizmindən fərqlidir. Yazıda deyilir ki, burada  Milad bayramı yanvarın 6-da qeyd olunur.

Ermənistanın dünyanın dini tarixindəki rolu çox qiymətlidir.Tarixçilərin əksəriyyəti həmfikirdir ki, 301-ci ildə bu, dünyanın ilk xristian dövləti olub.

Əfsanəyə görə, Erməni Apostol kilsəsinin ilk Katolikosu müqqədəs Qrigor Lusavoriçdi. Onun səyləri ilə erməni kralı III Trdat xristianlıq qəbul etdi və dövlət dini elan etdi.

Müəllif yazır ki, Trdat Qrigor Lusavoriçi yeraltı zindana atdı və Lusavoriç 13 il zindanda qaldı. Əfsanəyə görə, Trdat Qrigorun yardımı ilə  xəstəlikdən müalicə edilməkdən sonra vəftiz edildi və xristianlığı Ermənistanın dövlət dini elan etdi.

Məqalə yazarı həmçinin qədim keçmiş izlərinə, xüsusilə Garni məbədinə, Gayane monastırına, Geğard monastır kompleksinə, müqqədəs xaçkarlarına, Karahunc kompleksinə dair əfsanələrə toxundu.

Daha çox göstər
Back to top button