Ekonomika
“Neft qiymətləri ən azı 10-15 faiz düşə bilər”
“Commerzbank”ın analitiklərinə görə, qiymətlər gələcək aylarda ən azı 10-15 faiz düşə bilər.
Neft qiymətləri İrandakı etirazlar və ölkəyə dair siyasi qeyri-müəyyənlik narahatlıqları ilə 2015-ci ildən bəri ən yüksək səviyyələri test edib.
“Commerzbank”ın əmtəə ticarəti departamentinin direktoru Eugen Uenberq, qiymətlərdə gələcək aylarda ən azı 10-15%-lik geriləmə ola biləcəyini qeyd edib.