Ekonomika

Ötən ilin 11 ayında 22 bank filialı bağlanıb

2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda banklara məxsus 22 filial bağlanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya görə ötən ilin yanvar ayından dekabrın 1-dək bankların ümumilikdə 22 filialı fəaliyyətini dayandırıb.

Belə ki, əgər 2017-ci ilin yanvarın 1-nə ölkədə bankların filiallarının sayı 569 olubsa, noyabrın sonunda bu göstərici 547-yə qədər azalıb.

Bundan fərqli olaraq, hesabat dövründə bank şöbələrinin sayında cüzi artım qeydə alınıb. Əgər ötən il yanvarın 1-dək 131 bank şöbəsi fəaliyyət göstəribsə, nöyabrdaq şöbələrin sayı 142-yə yüksəlib.

Qeyd edək ki, ötən ilin 11 ayında ölkədə 32 bank fəaliyyət göstərib.

Daha çox göstər
Back to top button