Ekonomika

Dövlət büdcəsi kəsir rekordu müəyyən edib

2017-ci ilin yekunları üzrə rəsmi statistika makroiqtisadi göstəricilərin neftin qiymətindən asılılığından xəbər verir. Eyni zamanda, inflyasiya göstəricilərinin artımı, əhalinin real gəlirlərinin düşməsi, kredit və maliyyə strukturlarının toksik aktivlərinin artması qeydə alınıb. Bu barədə “turan.az” saytı məlumat yayıb.

Dərin iqtisadi islahatlarla qeyd olunan ötən il ÜDM-də 0,5% azalma olub. “Azərbaycanın ÜDM göstəriciləri MDB-də ən pis göstəricilərdən biridir və bu, iqtisadiyyatda durğunluqdan xəbər verir. İnflyasiya 14%-ə, ərzaq inflyasiyası 18%-ə yaxın olub. Bu fonda vətəndaşların real gəlirləri azalıb. Bank sahəsində ciddi problemlər var. Bir neçə bank bağlanıb, toksik kreditlərin həcmi beynəlxalq normaları 8-10 dəfə keçib, 2016-cı ilə nisbətən ötən il bankların verdiyi kreditlər 4 mlrd dollar azalıb”, deyə iqtsadçı Natiq Cəfərli Turan-a bildirib və əlavə edib ki, ötən il 100-dən çox xarici şirkətin yerli nümayəndəliyi bağlanıb.

Daha çox göstər
Back to top button