İctimaiyyət

Əfqan Muxtarlıya 6 il həbs cəzası verildi

Məhkəmənin hökü ilə Əfqan Muxtarlı 6 il  müddətinə azadlıqdan məhrum edildi. Bu barədə “Azadliq.info” saytı məlumat yayıb.

Bu gün Balakən Rayon Məhkəməsindəjurnalist Əfqan Muxtarlının barəsində olan cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Hümbət Səlimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Ə.Muxtarlının 8 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Hakim Əfqan Muxtarlıya “son sözünüzü deyin”- deyə müraciət etdikdə, Əfqan Muxtarlı belə cavab verib: “Siz mənə son söz verə bilməzsiniz, mən sözümü ömrümün axırına kimi deyəcəm!”

Məhkəmə prosesi saat 14.30-da davam edəcək.

Daha çox göstər
Back to top button