Siyasət

E. Şarmazanov: Artsax BMT tam üzvlərinin arasında yer alacaq

“Artsax artıq təxminən 26 ildir ki, müstəqil Respublikadır və Artsax Respublikasının de-yure beynəlxalq tanınması zaman məsələsidir. Bunu ERP iclasından sonra jurnalistlərlə görüşdə Parlamentin vitse-prezidenti, ERP mətbuat katibi Eduard Şarmazanov Azərbaycan prezidenti İlham Əliyevin “Qarabağ problemi ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir” bəyanatına toxunurkən bildirib.

Şarmazanov qeyd edib ki, Artsax heç bir vaxt müstəqil Azərbaycanın bir hissəsi olmayıb və Azərbaycan prezidentinin bəyanatı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını ərazi bütövlüyü ilə müəyyənləşdirməsi ilə heç bir əlaqə yoxdur.

O xatırlatdı ki, Minsk Qrupu həmsədrliyi üç prinsip qeyd etdi və ərazi bütövlüyündən başqa, sülh yolu ilə həll və xalqların öz müqəddəratını təyin etmə prinsipinin həyata keçirmə məsələsi var.

“Biz deyirik ki, Artsax heç bir zaman mütəqil Azərbaycanın bir hissəsi olmadı və olmayacaqdır. Artsax taləyi ilə bağlı xalq referendum yolu ilə qərar verib və bizim müqəddəs vəzifəmiz bu tanrı hüququnu tam müstəqilliyə çatmağadək qorumaqdır”,-deyə o bildirib.

Azərbaycan tərəfinin 1991-ci ildə Artsax referendumun nəticələrini tanımadıqlarına dair səsləndirdiyi fikrə gəldikdə, Parlamentin vitse-prezidenti deyib: “Mən SSRİ ölkələrinin müstəqilliyini tanımayan Sovet İttifaqını xatırlayıram. İndi İttifaq hardadır? Yoxdur. Artsax da BMT-nın tam üzvlərinin sırasında yer alacaqdır”.

Daha çox göstər
Back to top button