Siyasət

Prokuror Əfqan Muxtarlının 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib

Bu gün Balakən rayon məhkəməsində Əfqan Muxtarlının qondarma cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi keçirilir.

“Basta” nın baş redaktoru Mustafa Hacıbəylinin verdiyi məlumata görə dövlət ittihamçısı Əfqan Muxtarlıya 8 il iş istəyib.

Əfqan Muxtarlının vəkilləri Nemət Kərimli və Elçin Sadıqov çıxış edərək bildiriblər ki, Əfqan Muxtarlıya qarşı qaldırılmış ittiham uydurulmuş hekayədən ibarətdir.

Sonra Əfqan Muxtarlı çıxış edib. O, həbsinin səbəbinin hakim ailənin koorrupsiya faktlarını ortaya çıxardığına görə olduğunu bildirib. Hakim Əfqan Muxtarlının sözünü kəsərək son söz deməyə imkan verməyib. Sonra saat 2:30-da hökmün elan ediləcəyini bildirərək  müşavirə otağına gedib.

Daha çox göstər
Back to top button