Siyasət

Qaro Paylan Avropada ermənilərə və kürdlərə qarşı sui-qəsdlərin hazırlanması ilə bağlı prokurorluqda ifadə verdi

Türkiyənin müxalif Xalqların Demokratik Partiyasının üzvü erməni əsilli deputat Qaro Paylan Avropada ermənilərə və kürdlərə qarşı sui-qəsdlərin hazırlanması ilə bağlı açılmış iş çərçivəsində Ankara prokurorluqda ifadə verdi. Demokrathaber.org saytında dərc olunmuş məlumata görə, Paylanı öz vəkilləri müşayiət etdi.

Erməni əsilli deputat qeyd edib ki, illər öncə jurnalist Hant Dinki də bu şəkildə öldürmüşdülər.

“Bu ölkənin tarixində Hrant Dinin öldürülməsi haqqında bir reallıq var. O da media və hakimiyyətlər tərəfindən hədəflənmişdi. O mənim dostumdu. Mən onun ölkədən getməsini istədim, lakin o getmədi və öldürüldü. İndi də bir sıra ziyalılar, o cümlədən Can Dündar, siyasətçilər və mədia tərəfindən hədəflənmiş durumdadırlar. Almaniyadan məlumat aldıq ki, onlara qarşı sui-qəsdlər hazırlanır. Bununla bağlı sübut və sənəd yoxdur, amma şifahi məlumat mövcuddur”,-deyə Paylllan bildirib.

Qaro Paylan daha əvvəl xəbərdarlıq etmişdi ki, ermənilərə, alevilərə, kürdlərə və Türkiyədə göstərilmiş təyziq nəticəsində ölkədən getmiş müxalifətçilər, ziyalılar və jurnalistlərə qarşı sui-qəsd hazırlayan və Türkiyədən idarə olunan cinayət qrupunun artıq siyahısı vardır.

Daha çox göstər
Back to top button