İctimaiyyət

Mühacir bloqçunun ailә üzvlәrinә polis tәzyiqi

Fransada yaşayan mühacir, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Məhəmməd Mirzəlinin atasının yanvarın 13-ü Göyçay Rayon Polis Şöbəsinə çağrıldığı, ordan Bakıya – Daxili İşlər Nazirliyinə (DİN) aparıldığı bildirilir.

Bu haqda Məhəmməd Mirzəlinin özü bildirib.

M.Mirəzilinin deməsinə görə, atasını onun tənqidi mövqeyinə görə, incidirlər.

“Atamın polisə aparılmasına səbəb hakimiyyəti tənqid edən videoları sosial şəbəkələrdə yaymağımdır. Bu həm də ilk dəfə deyil ki, atamı polisə aparırlar. 2016-cı, 2017-ci ildə də belə olub. Hətta məndən övlad kimi imtina ərizəsi də yazdırıblar”, M.Mirzəli deyib.

Onun deməsinə görə,yanvarın 13-ü polisdən atasına zəng gəlıb. Atası polisə gedib. Polisdə olan zaman atası ona telefonla bildirib ki, Bakıya – Daxili İşlər Nazirliyinə aparılır.

M.Mirzəlinin dediyinə görə, atası Fazil Mirzəliyev polisə və DİN-ə aparılmasının səbəbləri barədə heç nə deməyib.

Göyçay Rayon Polis İdarəsindən bu deyilənlərlə bağlı suallara cavab verilməyib.

DİN-in mətbuat xidmətindən də, hələlik, iddialara münasibət almaq mümkün olmayıb. (Azadlig.org)

AXCP sәdri Әli Kәrimli feysbuk sәhifәsindә mәsәlәyә münasibәt bildirәrәk, hakimiyyәti belә әmәllәrdәn әl çәkmәyә çağırıb:

“İlham Əliyevin sərt tənqidçilərindən biri, Fransada yaşayan siyasi mühacir, gənc bloqçu Məhəmməd Mirzəlinin atasını və bacısının həyat yoldaşını polisə aparıblar, bacısını da həbs edəcəklərilə hədələyiblər. Hökumətin bu orta əsrlərə xas repressiyasını, feodal düşüncə tərzini şiddətlə qınayıram. Rejim siyasi rəqabətə hazır deyil və dəyənək gücünə idarəetməni davam etdirməkdə israrlıdır.

Sizə qarşı olanların günahsız ailə üzvlərini girov götürmək praktikasından əl çəkin. Əmin olun ki, hər bir günahsız adamın incidilməsi, girov götürülməsi cəmiyyətin sizlərə etirazını daha da artırır.

Deyirdim axı, avtoritar rejim, ailə hakimiyyəti quranlardan cümhuriyyətçi çıxmaz…”

Daha çox göstər
Back to top button