Siyasət

Artsax hərəkatının 30 illiyinə həsr olunmuş konfransda beynəlxalq nüfuzlu mütəxəssislər, mədia sahəsində tanınmış şəxslər iştirak edəcək

Yerevanda fevralın 23-də Artsax hərəkatının 30 illiyinə həsr olunmuş  iri beynəlxalq konfrans keçiriləcək. Konfransda  müxtəlif ölkələrin, elmi institutların çox sayda tanınmış mütəxəssisləri iştirak edəcək.

Media sahəsində tanınmış şəxslər  tədbirdə iştirak etməyə razılıq verib. Bu barədə “Armenpress”-in mətbuat zalında keçirilmiş konfransda ER Milli Elmlər Akademiyasının Tarixi institutunun direktoru Aşot Melkonyan qeyd edib.

“Biz vurğulayırıq ki, Artsax hərəkatı yalnız öz müqəddəratını təmin etmək üçün bir hərəkat deyil, milli azadlıq mübarizəsidir, hansı da məntiqi olaraq Ermənistan müstəqilliyinə çatdırdı. Ən vacib odur ki, biz Artsax hərəkatı ilə bağlı beynəlxalq tərəfdaşlarımızın, xarici mütəxəssislərin sözünü dinləmək istəyirik”- deyə Aşot Melkonyan bildirib.

Daha çox göstər
Back to top button