Ekonomika

Problemli kreditlərdə 417,7 milyon manat çoxalma var

2017-ci il dekabrın 1-nə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 890,3 milyon manat olub. “Azadliq.info” saytına əsasən, Mərkəzi Bank yanvarın 15-də belə hesabat yayıb.

Ötən ilin əvvəlində problemli kreditlərin həcmi 1 milyard 472,6 milyon manat göstərilib. Fevrala məbləğ 1 milyard 633,1 milyon manata qalxıb, marta 1 milyard 556,4 milyon manata düşüb.

Digər aylarda vaxtı keçmiş kreditlərin həcmi belə olub:

1 aprel – 1 milyard 590,3 milyon manat

1 may – 1 milyard 594 milyon manat

1 iyun – 1 milyard 739,8 milyon manat

1 iyul – 1 milyard 810,7 milyon manat

1 avqust – 1 milyard 812,8 milyon manat

1 sentyabr – 1 milyard 824 milyon manat

1 oktyabr – 1 milyard 857,1 milyon manat

1 noyabr – 1 milyard 889,6 milyon manat.

2017-ci ilin yanvar-noyabr aylarında problemli kreditlər 417,7 milyon manat çoxalıb․

Daha çox göstər
Back to top button