Ekonomika

2017-ci ildə sənaye istehsalı 3.4 faiz azalıb

2017-ci ildə ölkədə 39,6 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. Əvvəlki illə müqayisədə sənayenin qeyri-neft sektorunda məhsul istehsalının 3,7 faiz artmasına baxmayaraq, neft sektorunda 4,7 faiz azalma sənaye məhsulunun ümumi istehsalının 3,4 faiz azalmasına səbəb olmuşdur.

Bu barədə Statistika Komitəsinin məlumatında deyilir.

Sənaye məhsulunun 69,9 faizi mədənçıxarma sektorunda, 24,7 faizi emal sektorunda, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 5,6 faiz, əmtəəlik qaz hasilatı isə 3,0 faiz azalmışdır.

Emal sektorunda qida məhsullarının istehsalı 1,0 faiz, içkilərin istehsalı 17,2 faiz, tütün məmulatlarının istehsalı 7,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 44,7 faiz, geyim istehsalı 15,5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 34,7 faiz, kağız və karton istehsalı 0,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 16,5 faiz, əczaçılıq məhsullarının istehsalı 2,5 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 71,7 faiz, tikinti materiallarının istehsalı 46,6 faiz, kompüter və elektron məhsulların istehsalı 25,5 faiz, elektrik avadanlıqlarının istehsalı 34,6 faiz, maşın və avadanlıqların istehsalı 42,9 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 14,7 faiz, mebel istehsalı 16,2 faiz artmış, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,7 faiz, poliqrafiya məhsullarının istehsalı 2,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 8,7 faiz, hazır metal məmulatlarının istehsalı 12,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 44,4 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,2 faiz azalmışdır.

Daha çox göstər
Back to top button