İctimaiyyət

Azərbaycandan gedən rus alim sosial şəbəkədə ironik yazı qeyd edib:” Ölkənin görməli yerlərini, hərbi hissə, polis idarəsini ziyarət etmişəm”

Azərbaycanda həbs olunmuş Rusiya Əlmlər Akademiyasının Astronomia institutunun əməkdaşı Dmitri Çulkov vətənə qayıtmaqdan sonra «ВКонтакте» Sosial şəbəkəsində yazı dərc edib.

“Mənim təzə il səyahəti qonaqpərvər Azərbaycanda bitdi. Respublikanın görməli yerlərini, hərbi hissə, polis idarəsi, məhkəmə, müvəqqəti saxlama məntəqəsi (10 gün), iki deportasiya mərkəzini ziyarət etmişəm. Belə yüklənmiş cədvəllər səbəbindən, 5-16 yanvar tarixlərində İnternetə qoşula, zənglərə cavab verə bilməmişəm, üzr istəyirəm”- deyə Çulkov yazıb.

Alim onun sərgüzəştləri barədə ətraflı məlumat yazmağa söz verib və dəstək vermək üçün təşəkkür edib.
“Sizin dəstəyiniz bütün sərhədləri, barları və divarları aşıb”- deyə o yazıb.

Daha çox göstər
Back to top button