Siyasət

E. Nalbandyan: “Ermənistan Minsk qrupu ilə birgə Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların irəliləməsi üçün yollar axtarmağa davam edəcək”

Polşanın Krakov şəhərində ER xarici işlər naziri Edvard Nalbandyan ATƏT Minsk qrupunun həmsədrləri İgor Popov, Stefan Viskonti, Endru Şofer, eləcə də ATƏT-in   fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprçik ilə görüşüb.

ER Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, Edvard Nalbandyan vurğulayıb ki, Ermənistan həmsədr ölkələr ilə birgə  Vyana, Sankt-Peterburq və Cenevrə zirvələrində əldə edilmiş razılaşmaların və həmsədrlərin təkliflərinin həyata keçirilməsi üçün  danışıqlar prosesinin təşviqinə yönəldilən yol axtarmağa davam edəcək.  Bu razılaşmalar xüsusən münaqişə zonada gərginliyin azaldması, 1994-95-ci illərdə üçtərəfli atəşkəsin qronması, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin monitorinq imkanalrının genişləndirilməsi, atəşkəs pozultularının araşdırma mexanizmlərinin yaradılması haqqında idi.

ER xarici işlər naziri qeyd etdi ki, Bakı ATƏT Minsk qrupunun həmsədrlərinin atəşkəsə ciddi hörmətlə yanaşmasına dair  çağırışlarını yerinə yetirməli, daha əvvəl əldə edilmiş razılaşmalarını yerinə yetirməlidir,  danışıqlar prosesinə konstruktiv şəkildə cəlb olunmalıdır, həmsədrlərin təklif etdiyi münaqişənin həlli prinsiplərinə sadiq olduğunu təsdiqləməlidir.

“Bakı tez-tez status-kvonun dəyişdirilməsində maraqlı olduğundan danışır. Aydındır ki, buna nail olma  praktik yolu yuxarıda göstərilənlərin həyata keçirilməsidir. Həmsədrlər uzun illərdir qeyd edirlər ki, mərhələli  paketinin həlli  üçün onların təklif etdiyi prinsiplər və elemntlər bir bütünlükdür və bunlardan birinə priotitet vermə cəhdləri həlli qeyri-mümkün edəcək. Bakı bu həqiqəti nə qədər tez başa düşürsə,  həll prosesini  o qadar təz olacaq”- deyə Nalbandyan qeyd etdi.

Daha çox göstər
Back to top button