ER baş naziri İranla ticarət dövriyyəsinin artımı üçün böyük bir potensial görür
Ermənistan Respublikasının baş naziri Karen Karapetyan İran ilə ticarət dövriyyəsi, ixrac və idxal üçün böyük bir potensial görür. Parlamentdə brifinq zamanı, “Tsarukyan” fraksiyanın katibi Vahe Enficanyanın sualına cavab olaraq, baş nazir qeyd etdi ki, keçən 10 ay ərzində Ermənistan və İranın ticarət dövriyyəsi 62.5 milyon dollar təşkil etdi.
“İran bazarı, onun imkanları, o ölkənin əhalisini nəzərə alaraq, bu əlbəttə kiçikdir. Keçən 10 ayda İranla idxal və ixrac 9-10 faiz artım qeydə alınıb, bu isə kiçikdir. İranlı həmkarları ilə qeyd etdik ki, burada edəcək çox şey var, çünki artım üçün böyük potensial var. Meğri azad ticarət zonası buna dəstək verir”- deyə baş nazir qeyd etdi.
Erməni-İran dəmir yolu tikintisinin imkanalrı və vaxtı ilə bağlı soruna cavabında baş nazir qeyd etdi ki, dəmir yolunun inşası özü üçün bir şey olmamalıdır.
Meğri su elektrik stansiyasına gəlincə, Karen Karapetyan vurğulayıb ki, şəxsi investor tərəfindən maraq var, bu da İran tərəfinin də bu məsələ ilə maraqlandığına gətirib çıxardı.