Təhlil

‘İşsizlər ordusunun sıraları genişlənib”

Nemət Əliyev: ”Ölkədə işsizlik səviyyəsi və yeni iş yerlərinin yaradılması haqqında məlumatlar təsdiqini tapmır”

2017-ci ildə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 073,8 min nəfər olub.

“Meydan.tv” saytına əsasən, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.
2018-ci il yanvarın 1-nə olan məlumatlara əsasən, həmin 5 073,8 min nəfərdən 4 822,1 min nəfəri məşğul əhalidir:

“2017 ildə məşğulluq xidməti orqanları ölkə üzrə ümumilikdə 38,5 min nəfərə rəsmi işsiz statusu verib. Onların 36,3 faizini qadınlar, 63,7 faizini isə kişilər təşkil edib. İşsizlik müavinətinin orta məbləği 291,2 manat olub”.
tisadçı Nemət Əliyev deyir ki, bu göstərici 2017-ci ilin yanvarında 5 012,70 min nəfər, dekabrında isə 5 073,20 min nəfər olub. Deməli, ötən 11 ayda əmək qabiliyyətli əhalinin sıralarına yeni qoşulanların sayı 60,5 min nəfərdir:

“Ötən 11 ayda daimi iş yeri olanların (muzdla çalışanların) sayı isə aşağıdakı kimi dəyişib: 1 yanvar 2017-ci ildə 1 514,4 min, 1 dekabr 2017-ci ildə isə 1 521,2 min nəfər olub. Bu göstərici üzrə artım 6,8 min nəfərdir”.

Nemət Əliyev daha əvvəl yayılan məlumatlarla bu gün açıqlanan rəqəmləri müqayisə edərək deyib ki, digər rəsmi məlumatlara görə 2015, 2016 və 2017-ci illərdə ölkədə üst-üstə 422 min 972 daimi iş yeri yaradılıb. Amma daimi işləyənlərin sıra sayı bu dövrdə cəmi 5 min 100 artıb:

“Qeyd edilən dövrdə 417 min 872 daimi iş yeri sıradan çıxaraq bağlanıb (422 972 – 5100 = 417 872). Əgər belə olmasaydı, daimi işləyənlərin (muzdla işləyənlərin) sıra sayı 1,9 milyon nəfərdən çox olmalıydı. Lakin statistika komitəsinin yaydığı rəsmi məlumata görə, ölkədə daimi iş yeri olanların sayı 1,5 milyon nəfərdir.

Deməli, ölkədə işsizlik səviyyəsi və yeni iş yerlərinin yaradılması haqqında açıqlanan məlumatlar təsdiqini tapmır. İctimai inam yükünü lap çoxdan itirmiş köhnə informasiyaları təkrar-təkrar dövriyyəyə buraxmaqla irəli getmək, sosial sahədəki tənəzzülü durdurmaq, əhalinin yaşayışını yaxşılaşdırmaq olmaz. Belə bir vəziyyətdə aldadılan ictimaiyyətdən dəstək almaq da mümkün deyil. Odur ki, “Ən böyük biclik düzlükdür!” prinsipindən çıxış edərək real problemlərin həllinə köklənmək daha düzgün yoldur. Xeyir də, bərəkət də bu yoldadır”.

Daha çox göstər
Back to top button