BaşlıcaBeynəlxalq

Ermənistan və Azərbaycan xarici işlər nazirləri və həmsədrlər danışıqlar prosesini intensivləşdirmək üçün imkanları müzakirə edirlər

Krakovda ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə Ermənistan və Azərbaycanın Xarici işlər nazirləri Eduard Nalbandyan və Elmar Məmmədyarovla görüşmüşdür. Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin məlumatına görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə başlanmış sonrasa ayrılıqda söhbət formatında davam olunmuşdur.
Ötən dekabr ayında Vyanada, Sankt-Peterburqda və Cenevrədə Ermənistan və Azərbaycan prezidentlərinin zirvə görüşündə əldə edilmiş razılaşmaların həyata keçirilməsi yolları müzakirə edilib.
Nazir Edvard Nalbandyan öz azərbaycanlı həmkarını həmsədrlərin atəşkəs razılamalarına yayınmadan hörmət etməyə, əvvəllər əldə olunan şərtləşmələrə əməl etməyə, həmsədrlər tərəfindən təklif olunan əsas məsələnin nizamlanması prinsiplərinə hörmətlə yanaşmaq üçün səsləyib.
Cenevrə zirvəsi başçıları arasında əldə olunan razılaşmaya əsasən, Ermənistan və Azərbaycan xarici işlər nazirləri və həmsədrlər münaqişə zonasında gərginliyin azaldılması və danışıqlar prosesinin intensivləşdirilməsi üçün əlavə addımların həyata keçirilməsini müzakirə ediblər.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin potensialının artırılmasına dair sazişi həyata keçirmək üçün prinsipial razılığa gəlindi.Görüşdən sonra fevralın birinci yarısında həmsədrlər regiona səfər edəcəklər.

Daha çox göstər
Back to top button