İctimaiyyət

Hüquq müdafiəçisi ona təzyiqlərin olduğunu bildirir

“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin rəhbəri və “Yüksəliş naminə” qəzetinin baş redaktoru Elçin Məmməd hüquq-mühafizə orqanlarının ona təzyiq etdiyini bildirib.

Ötən həftə o, Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsində 2014-cü ildə QHT-lərə qarşı başlanmış cinayət işinin davamı üzrə yenidən dindirilib. Bu barədəd “turan.az” saytı məlumat yayıb.

“Ancaq hüquq-mühafizə orqanlarının heç bir arqumenti olmadığından başqa taktikaya əl atıblar. Belə ki, özünü Bülbülə qəsəbə sakini kimi təqdim edən Aygün Əmiraslanova vergilər nazirinə ərizə ilə müraciət edib. Ərizədə qeyd olunur ki, mən vətəndaşlara hüquqi yardım göstərirəm, ancaq vergi orqanlarında qeydiyyatda deyiləm və vergi ödəmirəm”, – o, Turan-ın müxbirinə bildirib.

Qadın AXCP üzvü olan E.Məmmədə qarşı tədbir görülməsini xahiş edir.

“Müraciətdən görünür ki, mənim hüquq- müdafiə fəaliyyətimdən narahatdırlar. Məktubun məzmunundan bunun hüquq-müdafiə fəaliyyətimlə əlaqədar mənə qarşı siyasi xarakterli ittiham olduğu məlum olur”, – E.Məmməd bildirib.

O, həbsinə hazırlıq getdiyini düşünür. E.Məmmədov vergi ödəməməsi barədə ittihamları rədd edir.

“Biz, ictimai təşkilat olaraq vətəndaşlara könüllü və təmənnasız hüquqi yardım göstəririk. Odur ki, vergi qeydiyyatına ehtiyac yoxdur. Əvvəllər qrant alanda isə vergiləri ödəmişik”, – o bildirib.

Vergilər Nazirliyindən şərh almaq mümkün olmayıb.

Daha çox göstər
Back to top button