Ermənistan Respublikasında “Yerevanekspo” sərgi mərkəzində cari ilin mart ayında silahlandırma və müdafiə texnoloqiyaları üzrə ArmHiTec-2018 beynəlxalq sərgi keçiriləcək.
ER Müdafiə nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə,yanvarın 22-də ER MN idarəedici kompleksində ER Müdafiə nazirinin dövlət komitəsinin müavini- hərbi-sənaye üzrə dövlət komitəsinin sədri Davit Paxçanyanın başçılığıyla məşvərət keçirilib. Həmin müddətdə ArmHiTec-2018 sərginin təşkilatıyla əlaqədar məsələlər müzakirə olunub.
Məsləhətləşmə zamanı2017-ci ildə ER hərbi-sənaye kompleksi müəssisələrinin həyata keçirdiyi işlər, ER hərbi-sənaye inkişafı proqramının yerinə yetirilməsi prosesləri təhlil olunub.
ArmHiTec-2018 beynəlxalq sərgisinin məqsədi ER və digər ölkələrin yeni hərbi texnikasını, mərkəzin qabaqcıl müəssisələrinin müasirləşmiş texnikaları nümayiş etməkdən ibarətdir. Sərgini ER Müdafiə nazirliyi və və “Yerevanın riyaziyyat maşınlarının zavodu” QSC təşkil edir.