Siyasət
Həmməruzəçi Gözəl Bayramlı barədə: Hüququn aliliyinə əməl olunmayıb
AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Schennach AXCP sədrinin müavini Gözəl Bayramlının 3 illik həbsə məhkum edilməsinə münasibət bildirib.
Həmməruzəçi Twitter hesabında belə yazıb:
“Həmməruzəçi olaraq soruşa bilərəmmi ki, nəyə görə? Onun məhkəməsindən narahatam, həbsi yanlış idi, hüququn aliliyinə əməl olunmayıb”.
Bir neçə gün öncə həmməruzəçi jurnalist Əfqan Muxtarlının da həbsindən narahatlığını dilə gətirmişdi.