Siyasət

K. Şahramanyan: “ Artsaxın sərhəd yanı yaşayış yerlərində sığınacaqlar qurulmuşdur”

Keçən il ərzində Artsaxda 16 mlrd 324 mln AMD həcmində tikinti həyata keçirilmişdir. Bu barədə AR Şəhərsalma naziri Karen Şahramanyan bildirib.
Nazirin sözlərincə yalnız dövlət bücəsindən sahəyə 11 mlrd 700 mln AMD verilmişdir.

“Ayrılanmış pullarla Hadrut regionunun icma mərkəzinin inşaat işləri başa çatdırılıb. Martuni regionunun Sarqsaşen kəndinin icma mərkəzinin, Askeran regionunun İvanyan kəndinin 250 yer olan və Krasni kəndinin 150 yer olan mərasim evinin və icma mərkəzlərinin inşaatı, Hadrut regionunun Taxaser və Tum kəndinin 150 yer olan mərasim evinin və icma mərkəzinin və Martakerd regionunun Qetavan kəndinin icma mərkəzinin inşaat işləri qedişatdadır”- deyə nazir xırdalıqları qeyd edərək vurğulayıb ki, 2017-ci ildə inşaat sahəsinin payı ölkənin ümumi daxili məhsulunda 2016-cı ilin 5.7%-i əvəzinə 6.1% təşkil edib, dövlət bücənin payı isə ötən ilin 15.1%-i əvəzinə 17.8% təşkil eidb.

Digər mənbələrdən alınmış maliyyə vasitələr barədə danışarkən K. Şahramanyan qeyd edib ki, “Ermənistan” Ümumerməni Fondu ümum maliyyələşdirilmə proqram çərçivəsində dövlət vəsaitlərdən 284 mln 450 min dram ayrılıb. Ön xəttə yönəltmiş işlərə toxunaraq Şəhərsalma naziri qeyd edib ki, AR hökuməti tərəfindən təsdiq edilmiş proqramına əsasən, AR sərhədi boyunca hərbçilərin xidmət və yaşayış şərtlərinin təmin etməsinə , eləcə də təhlükəsizlik seviyyəsinin artırılmasına yönəltmiş bir sıra inşaat, mühandislik işləri aparılıb.
Bundan başqa nazirin bildiridiyinə görə, 2017-ci ildə sərhəd yanı yaşayış yerlərində sığınacaqların inşaatı məqsədiylə AR hökumətinin ehtiyat fondundan 553 mln 449 min dram ayrılınıb. Daha 91 mln 837 min dram mülkün alması, 80 mln259 min dram isə mülki müdafiə tədbirlərin proqramına xərclənib.

Daha çox göstər
Back to top button