Ekonomika

Karen Karapetyan: “Sinqapurun inkişaf yolu bizim üçün yaxşı nümünədir”

Davosda keçirilmiş Dünya iqtisadi konfransı çərçivəsində ER baş naziri Karen Karapetyan Sinqapur baş nazirinin müavini, iqtisadi və sosial siaysətinin koordinator naziri Tarman Şanmuqaratnamla görüşüb. Bu barədə ER hökumətindən bildirilir.
Tarman Şanmuqaratnam qeyd edib ki, Ermənistan Cənub-Şərqi Asiya ölkələri tərəfdaşlığı (ASEAN) və bizim regionumuzun arasında əlaqələrin inkişafı baxımından Ermənistan vacib rolu oynaya bilər.

Karen Karapetyan vurğulayıb ki, Sinqapurun inkişaf yolu Ermənistan üçün yaxşı nümunədir. O Sinqapur biznes üçün maraqlı olan bir sıra sahələr, xüsusilə şərabçılıq, üzvi kənd təsərrüfatı, təhsil, informasiya texnologiyalarını qeyd edib. Təhsil mübadiləsi proqramlarının həyata keçirilməsi də mühüm sayılıb. “Biz Avrsiya iqtisadi tərəfdaşlığı və Sinqapurun azad ticarət zonası arasında danışıqların gücləndirilməsində maraqlıyıq. Belə əməkdaşlıq ticarət və investisiyaların artıma və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə kömək edə bilər”- deyə baş nazir qeyd edib.
Baş nazir Karen karapetyan Sinqapurdan öz əmək həmkarını Ermənistanı ziyarət etməyə dəvət edib və Tarman Şanmuqaratnam dəvəti qəbul edib.

Daha çox göstər
Back to top button