BaşlıcaBeynəlxalq

Prezident Serj Sarkisyan artıq Avropa Şurasındadır

Yanvarın 22-dən 24-dək işgüzar səfəriylə Fransada olan ER Prezidenti Serj Sarkisyan dəqiqələr öncə Straspurqda Avropa Şurasının qərargahına gəlib.
Prezidenti AŞPA sədri Mikele Nikolettin, baş katibi Voytsex Savitski qarşılayıblar. Serj Sarkisyan AŞ Qızıl kitabında yazı qeyd etdi.
Bu gün ER Prezidenti AŞ baş katibi Torbyorn Yaqland ilə görüşəcək, bundan sonra birgə mətbuat konfransı keçiriləcək.

Avropa Şurasında Prezident həmçinin AŞPA-nın yeni seçilmiş sədri Mikele Nikoleti, Venesiya komissiyasının sədri Canni Bukikio, Avropa İnsan haqları məhkəməsinin sədri Qido Raymondi ilə görüşəcək.
Yerevan vaxtı ilə 15:00-da AŞPA-da Serj Sarkisyan çıxış edəcək və deputatların suallarına cavab verəcək. Bu canlı yayımlanacaq.
Prezident Serj Sarkisyan həmçinin Avropa Şurasına Xaçkarı hədiyyə edəcək. Onun açılışını AŞ baş katibi və ER Prezidenti edəcək.

Daha çox göstər
Back to top button