Siyasət

Grigori Karasin: “Ticarət dəhlizlər haqqında sazişin həyata keçirilməsi Ermənistanın yüklərinə Transkafqaz yolunu aça bilər”

Rusiya ve Gürcüstan arasındakı Ticarət dəhlizlər haqqında sazişdə Ermənsiatnı da daxil olmaqla üçüncü şəxslər üçün öhdəliklər yoxdur”- deyə Rusiyanın xarici işlər nazir müavini “Komersant”a müsahbəsində qeyd etdi.

Ermənistanın, Rusiya-Gürcüstan  arasındakı ticarət  dəhlizlər haqqında sazişin  əsas   benefisiar olub-olmadığı ilə bağlı suala cavabında  Karasin qeyd etdi ki, Ermənistan müraciət etdi, lakin saziş ikitərəflidir, bu saziş İsviçrə vasitəçiliyi ilə imzalandı. O üçüncü tərəf üçün heç bir öhdəlik nəzərdə tutmur.

O qeyd etdi ki, Rusiya tərəfi bu saziş ilə ciddi ümidlər bağlayır. Hesab edirik ki, saziş  bu regionda ticarət üçün güclü bir təkan olacaq. Rusiya öz növbəsində, daxili prosesləri ən qısa müddətdə başa çatdırmağa və yaxın aylarda lazımi sənədləri imzalamağa çalışacaq.  Yalnız bundan sonraq bu saziş həyata keçirilə bilər.

Daha çox göstər
Back to top button