İctimaiyyət

İki gündə 8 intihar hadisəsi

Bu gün Şəki, Ucar və Ağsu rayonlarında intihar hadisələri baş verib.
Ucarın Qaracallı kəndində 1990-cı il təvəllüdlü Qafil Əlimərdan oğlu Nəbiyev yaşadığı evdə özünü asaraq, öldürüb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik açıqlanmır.
İkinci intihar hadisəsi isə bu gün günorta saatlarında Şəki şəhərində qeydə alınıb. Şəki şəhər sakini polis 1987-ci il təvəllüdlü Elgün Nazim oğlu Rəsulov kəskin zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Elgün Rəsulovun sirkə turşusundan zəhərləndiyi məlum olub. Xəstənin durumu ağır olduğu üçün onun Respublika Toksikologiya Mərkəzinə göndərilməsinə qərar verilib.
E.Rəsulovun Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşı olduğu bildirilir. Üçüncü intihar hadisəsi Ağsu rayonunun İlxıçı kənində qeydə alınıb. Kənd sakini 1982-ci təvəllüdlü Kərimova Səbirə Tehran qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Üç uşaq anası S.Kərimovanın özünə qəsd etməsinin səbəbi məlum deyil. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi ehtimal olunur.

Xatırladaq ki, dünən ölkədə daha 5 intihar hadisəsi qeydə alınmışdı ki, onların 2-si Şəkidə baş vermişdi. Şəki sakinləri Yeganə Mustafayevanın gəmiriciləri məhv etmək üçün istifadə edilən dərman, Şəlalə Əlirzayevanın isə sirkə turşusu içərək intihara cəhd etdikləri açıqlanmışdı.

Daha çox göstər
Back to top button