Təhlil

Əli Kərimli։ “Azərbaycandakı kimi avtoritar rejim heç Rusiyada da yoxdur”

Ətraf ölkələrin heç birində müxalifət Azərbaycandakı kimi çətin şəraitdə mübarizə aparmır.

AXCP sədri Əli Kərimli Rusiyada Aleksey Navalnının çağırışı ilə keçirilən mitinqlərin fonunda Azərbaycandakı siyasi rejimin nə qədər müqayisə edilməz şəkildə avtoritar olduğuna diqqət şəkib. Məlumatı azadlıq.info yayıb.

Rusiyanın 118 şəhərində müxalifət lideri Aleksey Navalnının tərəfdarları prezident seçkilərini boykot çağırışı ilә mitinq keçirdi. Mitinqlərin əksəriyyəti hakimiyyətlə razılaşdırılmışdı, hər hansı maneə və həbslər olmadan həyata keçirilib. Lakin Moskva, Peterburq və bəzi digər şəhərlərdə mitinqləri razılaşdırmaq mümkün olmayıb. Minlərlə Navalnı tərəfdarı iki saat ərzində Moskva və Peterburqda şəhər mərkəzində razılaşdırılmamış mitinq keçirdi, bayraq və plakatlar qaldırdı, Putin əleyhinə sərt şüarlar səsləndirdi. Polis mitinqçiləri dağıtmadı, kütləvi həbslər də yoxdur.

Xatırladım ki, son illərdə bizim Bakıda keçirdiyimiz razılaşdırılmış (?) mitinqlərdə hər dəfə 100-200 nəfər partiya fəalı həbs olunurdu. Buyurun, özünüz müqayisə edin. Təsəvvür edə bilirsinizmi ki, Azərbaycandakı rejim Milli Şuranın ölkənin bütün rayonlarında eyni gündə mitinqlər keçirməsinә razılaşır, üstəlik, Bakının mərkəzində razılaşdırılmadan keçirdiyi mitinqə saatlarla müdaxilə etmir, adamlar aksiyanı keçirib, özləri dağılışır? Hələlik təsəvvür belə etmək çətindir.

Demək istəmirəm ki, Rusiyada demokratiyadır. Xeyr, Rusiyada da avtoritar rejimdir və hakimiyyət əsas alternativi olan Aleksey Navalnını seçkiyə buraxmır. Amma bizdə olan rejim hətta orada da yoxdur. Bizdəki rejimin sivil dövlətlər arasında artıq analoqu qalmayıb, İlham Əliyev deyib-deyib, bizi analoqsuz etdi. Bilin ki, ətraf ölkələrin heç birində müxalifət Azərbaycandakı kimi çətin şəraitdə mübarizə aparmır. Ona görə də xalqımız ölkənin taleyini yalnız müxalifətin üzərinə qoymamalıdır. Azərbaycandakı kimi rejimlərə qarşı tək çarə ümumxalq hərəkatıdır.

Daha çox göstər
Back to top button