Siyasət

Aİ ilə münasibətlərin genişlənməsi Ermənistanın xarici siyasət gündəminin əsas istiqamətlərindəndi

2017-ci ildə Ermənistan xarici siyasi gündəminin əsas istiqamətlərindən biri Avropa İttifaqı ilə münasibətlərin və əməkdaşlığın genişləməsiydi.

ER XİN-nin 2017-ci il fəaliyyət hesabatına görə, noyabrın 24-də ER Prezidenti Serj Sarkisyanın başçılıq etdiyi nümayəndə heyəti Brüsseldə “Şərq Tərəfdaşlığı”nın beşinci sammitində iştirak edib. Sonra isə ER Xİ naziri Edvard Nalbandyan və Aİ xarici siyasət və təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndəsi Federika Mogerini ER-Aİ hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq razılaşmasını imzalayıblar.

İl ərzində Ermənistan və Aİ “Tərəfdaşlıq prioritetləri” sənədini müzakirə edib və qəbul ediblər.

Yeni çərçivə sazişi ilə birlikdə Tərəfdaşlıq prioritetləri ikitərəfli əməkdaşlığın əsas istiqaməıtləri olacaq.

ER-Aİ Ümumi Aviasiya Zonası sazişi, “Yaradıcı Avropa” layihəsinin “Medeniyyət” planına qoşulma müzakirələrin yekunlaşması, o cümlədən  Trans-Avropa nəqliyyat şəbəkəsinin (TEN-T) Ermənistan Respublikasına genişlənməsinin yüksək səviyyəli anlaşma memorandumunun imzalanması 2017-ci il nailiyyətlərindəndi.

Daha çox göstər
Back to top button