Azərbaycanda fəaliyyətini dayandıran xarici investorların siyahısına yeniləri qoşulmaqda davam edir
Sinqapurun “Keppel” gəmiqayırma korporasiyası bu günlərdə Azərbaycandakı “Caspian Shipyard Company” (CSC) MMC-nin könüllü ləğv edildiyini elan edib. Azərbaycanda fəaliyyətini dayandıran xarici investorların siyahısına yeniləri qoşulmaqda davam edir. Bu barədə “turan.az” saytı məlumat yayıb.
Bu yaxınlarda “GE Grid GmbH” (əvvəllər “Alstom Grid GmbH”, Almaniya), “MRC Transmark B.V.” (Hollandiya) və “Bayholding İnvestment Limited” (Türkiyə) şirkətləri Bakıdakı filiallarının bağlanmasını elan edib. Yeri gəlmişkən, Türkiyənin inşaat firması Şəhidlər Xiyabanına yaxınlıqda dörd çoxmərtəbəli bina inşa edib. Bundan əlavə, Rusiya milyarderi Fərhad Əhmədov da Göyçayda nar şirəsi istehsal edən “Aznar” zavodunu bağlamaq qərarına gəlib. Ya məhsulları dünya bazarında satılmır, ya da nəsə səbəb başqadır. Bu şirkətlər ölkədə fəaliyyətinin dayanmasının səbəbləri barədə məlumat vermir.