İctimaiyyət

Azərbaycanlılar Rusiya bazarında satılan Artsax adlı məhsullarından narahat olublar

Azərbaycan mediası və Moskvadakı icması Rusiya bazarında satılan Artsax adlı məhsullarından narahat olub. APA-nın verdiyi məlumata görə, bu dəfə azərbaycanlılar Moskvada “Artsax” adlı spirtli içki tapıblar.

Məlumdur ki, məhsulun istehsalçısı Ermənistanın “Artsax Brandy Company”, məhsulun istehsal olunduğu yerin ünvanı isə “Ermənistan Respublikası, Ayqestan” kəndi göstərilib.

Xatırlataq ki, daha əvvəl azərbaycanlılar Moskva supermarketlərindən birində Artsaxda istehsal edilmiş tut doşabı üçün qalmaqal etmişdilər.

O vaxt mağaza menecerləri vəkillərə müraciət edərək Rusiya qanunvericiliyin heç bir pozuntusu olmadığını sübut etmişdilər.

Daha çox göstər
Back to top button