Ekonomika

Beynəlxalq reyting agentliyi manatın yaxın üç ildə ucuzlaşacağını proqnozlaşdırıb

S&P beynəlxalq reytinq agentliyi manatın gələcək 3 illik durumu ilə bağlı proqnoz verib. Bu barədə “Meydan.tv” saytə məlumat yayıb.

Bildirilir ki, 2018-ci ildə manatın kursu 1 dollar 1,7 manat qalacaq. Ancaq 2019-cu ildən manat dollar qarşısında ucuzlaşmağa başlayacaq: “2019-cu ildə 1 dollar 1,79 manat, 2020-ci ildə 1 dollar 1,87 manat, 2021-ci ildə 1 dollar 1,97 manat olacaq”․

İqtisadçı Nemət Əliyev deyir ki, bugünədək Azərbaycanda manatın kursunu saxlamaq üçün inzibati resurslardan istifadə olunub. S&P beynəlxalq reytinq agentliyinin proqnozundan məlum olur ki, bu, 2018-ci ildə də davam edəcək:

“Agentlik yaxşı başa düşür ki, Azərbaycanda milli valyutanın kursu hökumətin inzibati resurslardan sərt şəkildə istifadəsi hesabına başa gəlir. Valyuta bazarındakı durum tələb-təklif, iqtisadi qanunların təsiri ilə dəyişmir. Həmin o təsirlərin 2018-ci ildə davam edəcəyi də görünür, nəzərə alınıb. Ona görə də bu il milli valyutanın sabit qalacağını deyirlər”.

Nemət Əliyev deyir ki, agentlik həm də fərqindədir ki, Azərbaycanda neftin hasilatı kəskin şəkildə düşməyə davam edir. Hasilatda tonlarla azalma olub:“Yəni bu gün manatın nisbi sabitliyi neftlə bağlıdır. Təsəvvür edin, 2018-ci ildə də neftin hasilatı kəskin azalmaqda davam edəcək. 2019-cu ildən başlayaraq bu, Azərbaycana valyuta axınını da kəskin şəkildə azaldacaq. Neftin qiymətində müəyyən dərəcədə artımın olması Azərbaycanda vəziyyəti nisbətən yaxşılaşdırır. Ancaq bu, 2019-cu ildən sonra işə yaramayacaq, kömək etməyəcək. Məncə, beynəlxalq reytinq agentliyi neftin hasilatının azalmasını nəzərə alaraq proqnoz verib. Bu da realdır”.

Daha çox göstər
Back to top button