Ekonomika

Ermənistan və Avropa İttifaqı texniki və büdcə dəstək proqramlarını aydınlaşdırır

ER İqtisadi inkişaf və investisiyalar nazirliyində yanvarın 29-da nazirin ilk müavini Qareqin Melkonyan Avropa Komissiyasının Qonşuluq və geniçşləndirməsi məsələləri üzrə baş direktorluğunun Ermənistan, Azərbaycan, Belarus və Şərq tərəfdaşlığı məsələləri üzrə idarəsinin rəhbəri Vasilis Maraqos ilə görüşüb.
Bu barədə ER İqtisadi inkişaf və investisiyalar nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Görüşdə Avropa Komissiyasının, Ermənistandakı Avropa İttifaqının nümayəndəliyinin, eləcə də ER İqtisadi inkişaf və investisiyalar nazirliyinin müvaffiq nümayəndələri iştirak edib.
Görüş zamanı ER-AB əməkdaşlığı çərçivəsində Aİ tərəfindən Ermənistana verilmiş texniki və büdce dəstək proqramları, bu çərçivəsində 2018-ci il ərzində nəzərdə tutulmuş proseslər, onların həyata keçirilməsinin addımları və müvaffiq maarifləndirmə tədbirləri, eləcə də ikitərəfli daha səmərəli əməkdaşlığın davamlılığının təmin edilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Daha çox göstər
Back to top button