Mədəniyyət

Ermənistan və Azərbaycan “Avroviziya” mahnı müsabiqəsində yarışacaqlar

Ermənistan Avroviziya Mahnı Müsabiqəsinin ilk yarı finalda çıxış edəcək. Mayın 8-də Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək ilk yarı finalda Ermənistandan başqa, Avstriya, Azərbaycan, Albaniya, Belarus, Belçika, Bolqarıstan, Yunanıstan, İsrail, İrlandiya, İslandiya, Litva, Kipr, Makedoniya, Finlandiya, Xorvatiya, Çexiya, İsveçrə və Estoniya nümayəndələri də çıxış edəcək.

İkinci yarı final mayın 10-da keçiriləcək. Finalda isə, 26 iştirakçı yarışacaq.

Qeyd edək ki, Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən nümayəndə hələ ki seçilməmişdir. Müsabiqədə “Avroviziyaya doğru” milli seçim turunun qalibi iştirak edəcək.

“Avroviziyaya doğru” proqramı milli seçim mərhələsidir və 20 iştirakçısı olacaq. Proqram 3 mərhələdən ibarətdir. Müsabiqə qalibini tamaşaçılar və beynəlxalq ekspertlərdən ibarət münsiflər heyəti seçəcək.

Daha çox göstər
Back to top button