Təhlil

Müasir tarixdə ermənilər soyqırıma məruz qalan ilk xalqıdır: Slovakiya Parlamentinin spikeri

Bu haqda jurnalistlərlə söhbətdə Slovak Milli Şurasının sədri Andrey Dankon Bratislavada erməni həmkarı Ara Babloyan ilə görüşdən sonra bildirib.

Onun sözlərinə görə, müasir tarixdə ermənilər soyqırıma məruz qalan ilk xalqıdır. “Ermənilər soyqırıma, hücumlara məruz qalıb və bir çox şeydən keçiblər, çünki onlar Osmanlı imperiyasında xristianlıq adası idi. Mən gizlətmirəm ki, xristianlıq dəyərlərinə böyük hörmətlə yanaşıram. Ermənilər islamlaşdırımasına qarşı mübarizə aparıblar və ona görə də, milyonlarla erməni təzyiqə məruz qalıb”,-deyə o qeyd etdi.

Danko xatırlatdı ki, Osmanlı imperiyası 16-cı əsrin ikinci yarımdan 17-ci əsrin sonunadək Slovakiya ərazilərinin əksəriyyətini özünə qul etmişdi. “Atalarımız ədəbiyyatda millətimizin əzablarını təsvir etmişlər. Slovaklar ermənilərin nələr çəkdiyini çox yaxşı xatırlayırlar”.

Daha çox göstər
Back to top button